Nəriman Ridvanoviç Əliyev (ukr. Наріма́н Рідьва́нович Алі́єв; 15 dekabr 1992[1], Petrovka[d], Krım Muxtar Respublikası) — krım-tatar əsilli Ukrayna kinorejissoru və ssenari müəllifi. 2019-cu ildə ən yaxşı rejissor, ən yaxşı film nominasiyaları üzrə Ukraynanın Kinokolo[ukr.] mükafatına layiq görülmüşdür.
Nəriman Əliyev | |
---|---|
ukr. Наріман Алієв | |
![]() | |
Doğum tarixi | 15 dekabr 1992(1992-12-15)[1] (32 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | kinorejissor, ssenarist, montajçı[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
![]() |
IMDb | ID5854210 |
![]() |
|
![]() |
Ukraynanın əməkdar incəsənət xadimi (2020)[3].
Nəriman Əliyev 1992-ci ildə Krım Muxtar Respublikasının Krasnoqvardeysk rayonunun Petrovka kəndində anadan olmuşdur. 2009-cu ildə I–III səviyyələri üzrə 1 №-li Petrovsk tam orta məktəbini bitirmişdir. 2013-cü ildə "Ekran İncəsənəti İnstitutu" Özəl Ali Məktəbinin Televiziya və kino rejissorluğu ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 2014-cü ildə Karpenko-Kariy adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin televiziya rejissorluğu üzrə mütəxəssis diplomu əldə etmişdir. 2016-cı ildə "Sənsiz" qısametrajlı filmi Berlin Beynəlxalq Film Festivalının Büllur ayı nominasiyasında namizəd göstərilmişdi[4].
2017-ci ildən Ukrayna kinoakademiyasının[ukr.] üzvüdür[5].
2019-cu ildən Avropa kinoakademiyasının üzvüdür[6].
2019-cu ildən Ukrayna Oskar Komitəsi İctimai Şurasının üzvüdür[7].
Nəriman Əliyevin ilk tammetrajlı "Evə" filmi (2019) 72-ci Beynəlxalq Kann Kinofestivalının "Xüsusi baxış" proqramına daxil edilmişdi[8].
Xarici video | |
---|---|
Nəriman Əliyevin filmlərinin treylerləri | |
«Evə» filminin YouTube platformasında yerləşdirilmiş treyleri | |
«Səni sevirəm» filminin YouTube platformasında yerləşdirilmiş treyleri |
2020-ci ildən etibarən "Triumf" adlı yeni filminin üzərində hazırlıqlara başlamışdır[9].