. Love.az

Neriman Dadasov - Wikipedia - Love.az

Ana Səhifə - Neriman Dadasov
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 34 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərilməlidir]

Nəriman Dadaşov
Doğum tarixi 15 fevral 1938 (87 yaş)
Doğum yeri Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 19781978 "Əmək veteranı" medalı — 19861986

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Əmək fəaliyyəti
  • 4 Mükafatları
  • 5 Ailə vəziyyəti
  • 6 İstinadlar

Həyatı

redaktə

Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur.

Təhsili

redaktə

1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir.

1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir.

1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir.

1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır.

Əmək fəaliyyəti

redaktə

1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir.

1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir.

1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.

1977–1984-cü illərdə Naxçıvan şəhər partiya komitəsində II katib vəzifəsində işləmişdir.

1984–2002-ci illərdə Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyində nazir müavini vəzifəsində işləmişdir.

2002-ci ildən "Dövlət qulluğu" təqaüdçüsüdür.

Mükafatları

redaktə

1978-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Əmək Veteranı" medalı ilə təltif edilmişdir.

Naxçıvan MSSR Ali Sovetinin rəyasət heyətinin 1988-ci il 15 fevral tarixli fərmanı ilə fəxri fərmanla təltif edilmişdir.

Ailə vəziyyəti

redaktə

Ailəlidir, 3 övladı var, 6 nəvəsi var.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəriman_Dadaşov&oldid=8113201"
LOVE.AZ