. Love.az

Neriman Qasimoglu - Wikipedia - Love.az

Ana Səhifə - Neriman Qasimoglu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (aprel 2024)

Qasımzadə Nəriman Qasım oğlu (26 dekabr 1956, Bakı) — şair, tərcüməçi, şərqşünas-alim.

Nəriman Qasımoğlu
Doğum tarixi 26 dekabr 1956(1956-12-26) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Qasım Qasımzadə
Elmi dərəcələri
  • elmi işçi,
  • professor
İş yerləri
  • Azərbaycan Dövlət Universiteti (1979–1980),
  • AMEA Şərqşünaslıq İnstitutu (1983–1989),
  • "ADA" Universiteti
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi (–1979)
Elmi rəhbəri Ələsgər Məmmədov
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (1994–)

Mündəricat

  • 1 Erkən illəri
  • 2 Elmi fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 Siyasi fəaliyyəti
  • 5 Əsərləri
  • 6 İstinadlar

Erkən illəri

redaktə

Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir.

Elmi fəaliyyəti

redaktə

Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur.

ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.

1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.

1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra Azərbaycanın ədəbi qəzet və jurnallarında, xaricdə — Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur.

Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şəxsi həyatı

redaktə

Evlidir. 1 oğlu və 1 qızı var. Şair Qasım Qasımzadənin oğludur.

Siyasi fəaliyyəti

redaktə

Nəriman Qasımoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmiş, Partiya sədrinin müavini olmuş, Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunmuşdur.[1] O, daha sonra partiyadan istefa vermiş və siyasətdən uzaqlaşmışdır.[2]

Əsərləri

redaktə
  1. İki doğum günü. Bakı: Yazıçı, 1990, 92 səh.
  2. Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama. Bakı: Azərbaycan nəşriyyatı, 1993, 368 səh.
  3. Ayə aydınlığında. Bakı: Elm, 1999, 225 səh.
  4. Oxu müqəddəsliyi. Bakı: Təhsil, 2005, 218 səh.

İstinadlar

redaktə
  1. ↑ "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
  2. ↑ "AXCP-dən BAŞQA İSTEFALAR DA VARMIŞ". 2024-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəriman_Qasımoğlu&oldid=7805928"
LOVE.AZ