Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd.[3][4] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır.[5]
Nəsimi | |
---|---|
![]() | |
39°32′04″ şm. e. 48°26′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1320[2] |
Xəritəni göstər/gizlə
| |
![]() |
Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 3197 | 1525 | 1672 |
2009[8] | ↗3800 | ↗1879 | ↗1921 |
Kənddə 900 təsərrüfat var.
Kənddə Nəsimi kənd kitabxana filialı,[9] Nəsimi kənd Mədəniyyət Evi,[10] Nəsimi Poçt Şöbəsi (AZ1320) və Nəsimi EATS[11] fəaliyyət göstərir.
Kənddə Nəsimi kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə 19 aprel 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A2-299 olan Nəsimi kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[14]
Kənddə Nəsimi kənd həkim məntəqəsi yerləşir.[15]
Kənddə 1 baytarlıq məntəqəsi fəaliyyət göstərir.