. Love.az

Nesimi Agayev - Wikipedia - Love.az

Ana Səhifə - Nesimi Agayev
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ağayev.

Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.[3]

Nəsimi Məhəmmədəli oğlu Ağayev
Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri
Vəzifədədir
19 avqust 2022[1]
ƏvvəlkiRamin Həsənov
Azərbaycanın Los-Ancelesdəki baş konsulu
10 aprel 2012 – 19 avqust 2022[2]
ƏvvəlkiElin Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 1979
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Vyana Diplomatik Akademiyası[d],
  • Saarland Universiteti[d]
Fəaliyyəti diplomat

Mündəricat

  • 1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçid

Təhsili

redaktə

Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin[rus.], Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında[ing.] təhsil almışdır.

Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir.

Fəaliyyəti

redaktə

1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub.[4] 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.[5]

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.

2010–2012-ci illərdə Vaşinqtonda Azərbaycanın Səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.

Los Ancelesdə çalışarkən Nəsimi Ağayev 105 ölkəni təmsil edən, dünyanın ikinci ən böyük konsulluq korpusu (Nyu-Yorkdan sonra) olan Los Anceles Konsulluq Korpusunun sədri (duayen) olmuşdur.

O, Beynəlxalq Münasibətlərin Qafqaz Şərhi jurnalının[ing.] baş redaktoru olmuşdur və 2007-ci ildə Almaniyada nəşr olunan "Humanitar müdaxilə və beynəlxalq hüquq: Kosovoda NATO əməliyyatı" adlı kitabı yazmışdır.[6]

İstinadlar

redaktə
  1. ↑ "N.M.Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  2. ↑ "N.M.Ağayevin Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  3. ↑ "Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  4. ↑ "With President Heydar Aliyev at his meeting with Austrian President Thomas Klestil. Vienna, Austria, July 4, 2000". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
  5. ↑ "Embassy of Azerbaijan to Germany. Nasimi Aghayev. Ambassador". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
  6. ↑ "Humanitäre Intervention ind Völkerrecht : der NATO-Einsatz I'm Kosovo". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.

Xarici keçid

redaktə
  • Baş konsul Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun sədri təyin olunub
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəsimi_Ağayev&oldid=8041794"
LOVE.AZ