. Love.az

Nesrulla Nesrullayev - Wikipedia - Love.az

Ana Səhifə - Nesrulla Nesrullayev

Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975).

Nəsrulla Nəsrullayev
Azərbaycan SSR yüngül sənaye naziri
24 oktyabr 1975 – 26 aprel 1978
ƏvvəlkiSadıq Rəhimov
SonrakıƏnvər Məlikov
Azərbaycan SSR rabitə naziri
17 mart 1969 – 24 oktyabr 1975
ƏvvəlkiTeymur Hüseynov
SonrakıHüseyn Rəsulbəyov
Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini
1966 – 1969
SədrMikayıl Allahverdiyev
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
1961 – 1966
ƏvvəlkiTofiq Allahverdiyev
SonrakıAbdulla Qədirov
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1920(1920-10-24)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 26 aprel 1978(1978-04-26) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1944–1978)
Fəaliyyəti dövlət xadimi, siyasətçi, müəllim
Uşağı Namiq Nəsrullayev
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri namizədi
Elmi adı
  • dosent

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Mündəricat

  • 1 Həyatı
  • 2 Xatirəsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış[1] və buranı 1941-ci ildə bitirmişdir.[2] Texnika elmləri namizədi, dosent olmuşdur.[3]

Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir.[2] Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir.[4] 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur.[1]

1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir.[5] 1966–1969-cu illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1969-cu ildən 1975-ci ilə kimi Azərbaycan SSR rabitə naziri, 1975-ci ildən ömrünün son günlərinədək Azərbaycan SSR yüngül sənaye naziri olmuşdur.[2]

Nəsrulla Nəsrullayev 1961–1966 və 1976–1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1971–1976-cı illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1961–1963-cü illərdə Mərkəzi Komitənin büro üzvü, 1963–1966-cı illərdə isə büro üzvlüyünə namizəd olmuşdur.[6] SSRİ Ali Sovetinin (6-cı çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5, 8–9-cu çağırış) deputatı seçilmişdir.[2] "Oktyabr inqilabı" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.[7]

Nəsrulla Nəsrullayev uzun sürən ağır xəstəlikdən sonra 26 aprel 1978-ci ildə vəfat etmişdir.[8] 27 apreldə Fəxri Xiyabanda dəfn edilmişdir.[9]

Nəsrulla Nəsrullayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayevin atasıdır.

Xatirəsi

redaktə

1999-cu ildə Nəsrulla Nəsrullayev adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

19 oktyabr 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən Nəsrulla Nəsrullayevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalanmışdır.[10] 1 aprel 2006-cı ildə xatirə lövhəsinin açılışı olmuşdur.[11]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 82.
  2. ↑ 1 2 3 4 Н. Һ. Нәсруллајев // Коммунист. № 99 (16839). 27 апрел 1978-ҹи ил. С. 3.
  3. ↑ Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 264.
  4. ↑ Нәсрулла Һидајәт оғлу Нәсруллајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 266.
  5. ↑ Nasrullaev, Nasrulla Idayatogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 430.
  6. ↑ Nasrullayev, Nasrulla Idaiat ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 426. ISBN 0-89664-011-6.
  7. ↑ Nəsrullayev Nəsrulla Hidayət oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 167.
  8. ↑ Азәрбајҹан Коммунист Партијасынын Мәркәзи Комитәсиндән, Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј'әтиндән, Азәрбајҹан ССР Назирләр Советиндән // Коммунист. № 99 (16839). 27 апрел 1978-ҹи ил. С. 1.
  9. ↑ Н. Һ. Нәсруллајевин дәфни // Коммунист. № 100 (16840). 28 апрел 1978-ҹи ил. С. 3.
  10. ↑ "N. H. Nəsrullayevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 19 oktyabr 2005. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
  11. ↑ "Состоялась церемония открытия мемориальной доски Насрулле Насруллаеву". Азербайджанское Государственное Информационное Агентство (rus). 1 апреля 2006. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.

Xarici keçidlər

redaktə
  • "Насрулла Насруллаев: «Главное – иметь бога в душе своей»". qorod.blog (rus). 28 февраля 2017. 16 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
  • "Nasrulla H Nasrullayev". Find a Grave (ingilis). İstifadə tarixi: 16 mart 2022.
  •   Nəsrulla Nəsrullayevi̇n 40 i̇lli̇k xati̇rəsi̇nə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəsrulla_Nəsrullayev&oldid=7565556"
LOVE.AZ