Nəzəroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Nəzəroba kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Nəzəroba | |
---|---|
38°53′06″ şm. e. 48°39′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 41 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş alar tayfasının 10 ailədən ibarət nəzər comasının (tirəsinin) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Nəzər (tirə başçısının adı) və oba sözlərindən ibarət olub, "Nəzərə məxsus oba" mənasındadır.[3]
Əhalinin sayı 313 nəfərdir.[4]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |