. Love.az

Nadir Huseynov - Wikipedia - Love.az

Ana Səhifə - Nadir Huseynov

Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat.

Nadir Hüseynov
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
24 noyabr 2010 – 3 sentyabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1960 (64 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsi
Kiyev Dövlət Universiteti aspirantura

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019

Həyatı

redaktə

1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur.

1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.

1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur.

1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir.

1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.

2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir.

2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin iyul ayında Nadir Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[1]

Xarici dillərdən ingilis və rus dillərini bilir.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nadir_Hüseynov&oldid=7443082"
LOVE.AZ