Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır.[1] Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.[2]
Nahaq yerə, Titanın qəzası | |
---|---|
ing. "Futility, or the Wreck of the Titan" | |
![]() | |
Janr | roman |
Müəllif | Morqan Robertson |
Orijinal dili | İngilis dili |
Yazılma ili | 1898 |
Nəşr ili | 1898 |
Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi.
Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır. Romantik janrda yazılmış əsərin qəhrəmanları gəmidə tanışırlar və bütün sevgiləri bu gəmidə başlayır. Lakin əsərdəki hər kəs kimi qəhrəmanlar da heç vaxt batmaz adlanan gəminin nə vaxtsa bataraq okeanın dibinə qərq olmasını ağıllarına belə gətirə bilmirlər.
Gözətçi qışqırdı:
- Buz dağı! Birinci zabit, kapitana xəbər verdi ve dərhal "geriyə!" əmri verildi. Lakin gəmi dayanmırdı, sürətin azalması üçün uzun zaman lazım idi. Duman arasından görünən buz dağı getdikcə yaxınlaşırdı. Aşağıdan isə orkestrın və əylənən insanları səsləri gəlirdi. Buz dağı gəmiyə çox yaxınlaşmışdı, bu arada gəmi geriyə hərəkət edən pərvanələrin gücü ilə yana dönmüşdü amma yetərsiz idi və kapitanla köməkçilərinin çarəsiz baxışları arasında buz dağı Titanın bayraq, yəni sağ tərəfindən çırpıldı. Zərbə çox zəif idi. Hətda hiss edilməyəcək qədər. Bu anda kapitan "yaxşı qurtardıq" deyə düşündü. Amma bir neçə dəqiqə sonra gəminin bir yanı suya batdı. Buz dağı əsas zərbəni gəminin suyun altında qalan hissəsinə vurmuşdu. |
Əslində Morqan Robertsonun "Titanın qəzası" adlı əsəri ilə əfsanəvi RMS Titanik gəmisi arasında bir bağlantı olub olmaması dünya üçün hələ də sirrdir. Lakin əsərdəki Titan gəmisinin batışı ilə "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus RMS Titanik adlı buxar gəmisinin batışı arasındakı inanılmaz bənzərliklər, insanlar tərəfindən RMS Titanik gəmisi gəmisinin batışını özündə əks etdirən, 14 il əvvəl yazılmış əsər kimi tanınır.[3] (1898 nəşri Google Booksda)[1]