Əminov Naib Xalıq oğlu (20 fevral 1938, Salyan, Salyan rayonu) — biologiya elmləri doktoru, professor, Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine müdiri (2000).[1],[2]
Əminov Naib | |
---|---|
Əminov Naib Xalıq oğlu | |
| |
Doğum tarixi | (87 yaş) |
Doğum yeri |
![]() |
Elm sahəsi | Biologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
İş yeri |
Buğdanın təkamülü və filogenezinə dair 80-dən çox əsərin müəllifidir. 1982-ci ildə buğdanın ikinci genomunun donorunun Aegilops speltoides olması haqda irəli sürdüyü fikir indi molekulyar səviyyədə öz təsdiqini tapmışdır. Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962, 1968 və 1970-ci illərdə Ümum-Rusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur.
Genetik tədqiqatlarda formaəmələgəlmə mənbəyi kimi istifadə olunan yeni genom strukturuna malik sintetik buğda amfidiploidləri (AABDRR, AADDSS, AABBSS) yaradılmışdır. Yeni sintetik şaxəlisünbüllü tetraploid buğda növünün (T. abscheronicum Aliyeva et Aminov) və biri bərk, digəri yumşaq olmaqla, iki buğda sortunun müəllifidir. İran mənşəli Ae. speltoides Tausch –in tetra- və heksaploid buğdaların B genomunun donoru və habelə Ph-geninin zəif supressoru olduğu eksperimental olaraq sübuta yetirilmişdir. Genom strukturlarının eyniliyinə baxmayaraq, meyozu tənzimləyən genlər sisteminin hər bir növ üçün avtonomluğu müəyyən edilmişdir.
Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962-ci, 1968-ci və 1970-ci illərdə Ümumrusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur.
Onun rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmışdır. Hazırda 3 aspirantın elmi rəhbəri və bir doktorantın elmi məsləhətçisidir.