Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.[1] Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir.
Nömaniyyə qəzası | |
---|---|
32°21′39″ şm. e. 45°29′02″ ş. u.HGYO | |
Ölkə | |
Xəritəni göstər/gizlə
|
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir.[2][3]
İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية)[4] və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار).
2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi.[3] Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır.[3] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi.
Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.[5] Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Kut qəzasında və Bedra qəzasında məskunlaşıblar.[5][6]
Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.