. Love.az

Namiq Abbasov Hekim - Wikipedia - Love.az

Ana Səhifə - Namiq Abbasov Hekim
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Namiq Abbasov.

Namiq Əbdülsəməd oğlu Abbasov — Azərbaycan pulmonoloqu, tibb elmləri doktoru (1992), professor (1998).

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Namiq Əbdülsəməd oğlu Abbasov 17 iyun 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universitetini) bitirmişdir. N. Abbasov 1967–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunda, 1975–1976-cı illərdə Elmi Tədqiqat Vərəm İnstitutundaelmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən Azərbaycan Tibb Universitetinin ağ ciyər xəstəlikləri kafedrasında (2004-cü ildən kafedra müdiri) işləmişdir.

Elmi fəaliyyəti

redaktə

Namiq Abbasovun tədqiqatları cərrahi əməliyyatlardan sonra xarici tənəffüs vəziyyətinin öyrənilməsinə, vərəmli xəstələrdə ağ ciyər və ürəyin ekokardioqrafik müayinəsi məsələlərinə həsr edilmişdir. O, 90-a yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. I cild. səh.20 Bakı,2009

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Namiq_Abbasov_(həkim)&oldid=6605135"
LOVE.AZ