Cəlilov Namiq Sərdar oğlu (18 fevral 1959, Şahbuz rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru
Namiq Cəlilov | |
---|---|
azərb. Cəlilov Namiq Sərdar oğlu | |
Doğum tarixi | (70 yaş) |
Doğum yeri |
Aşağı Qışlaq, Şahbuz rayonu![]() ![]() |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | astrofizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
İş yeri | Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası |
Təhsili | BDU |
Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N. S. Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986–2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir[1]. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır[1]. 1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir.
Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir.
İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür.
107 elmi məqalənin müəllifidir. Alınmış mühüm nəticələri (90 elmi iş) Rusiya, Avropa və Amerikanın məşhur reytinqli elmi jurnallarında dərc olunmuşdur. NASA/ADS və Google/Scholar statistikasına müvafiq olaraq N. S. Cəlilovun elmi əsərlərinə dünya elmi ədəbiyyatında olan istinadların sayı 1000-ə yaxındır.
N. Cəlilovun əldə etdiyi nəticələr iki dəfə — 2002-ci və 2004-cü illərdə dünyada astrofizika üzrə alınmış ilin ən mühüm nəticələri sırasına daxil edilmişdir. Onun məşhur astrofizik J. Ştaude (Almaniya) ilə birgə yazdıqları "Günəşin qlobal rəqsləri" adlı monoqrafiyası elmi ictimayətdə geniş rezonansa səbəb olmuşdur. Onun rəhbərliyi ilə Moskvada bir namizədlik dissertasiyası müdafiə edilmiş və dörd doktorant dissertasiya işi üzərində isə iş aparılır.
Alim elm üzrə bir sıra fundamental beynəlxalq qrantların rəhbəri və iştirakçısı olmuşdur. Onun səyi nəticəsində AMEA Şamaxı Astrofizika Rəsədxanası Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş 4 illik (2012–2015) birgə Qrant layihəsinin qalibi olmuşdur.
Elmi fəaliyyətlə yanaşı, N. Cəlilov pedaqoji fəaliyyətlə də məşğul olmuşdur (BDU, fizika fakültəsi). O, Beynəlxalq Avro-Asiya Astronomiya Cəmiyyətinin üzvüdür.
"Günəş atmosferində MHD dalğaların yayılması və transformasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir[2].
1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir.
Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir.
İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin differensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür.
107 elmi məqalənin müəllifidir. Alınmış mühüm nəticələri (90 elmi iş) Rusiya, Avropa və Amerikanın məşhur reytinqli elmi jurnallarında dərc olunmuşdur. NASA/ADS və Google/Scholar statistikasına müvafiq olaraq N. S. Cəlilovun elmi əsərlərinə dünya elmi ədəbiyyatında olan istinadların sayı 1000-ə yaxındır.
N. Cəlilovun əldə etdiyi nəticələr iki dəfə — 2002-ci və 2004-cü illərdə dünyada astrofizika üzrə alınmış ilin ən mühüm nəticələri sırasına daxil edilmişdir. Onun məşhur astrofizik J. Ştaude (Almaniya) ilə birgə yazdıqları "Günəşin qlobal rəqsləri" adlı monoqrafiyası elmi ictimayətdə geniş rezonansa səbəb olmuşdur. Onun rəhbərliyi ilə Moskvada bir namizədlik dissertasiyası müdafiə edilmiş və dörd doktorant dissertasiya işi üzərində isə iş aparılır.
Alim elm üzrə bir sıra fundamental beynəlxalq qrantların rəhbəri və iştirakçısı olmuşdur. Onun səyi nəticəsində AMEA Şamaxı Astrofizika Rəsədxanası Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş 4 illik (2012–2015) birgə Qrant layihəsinin qalibi olmuşdur.
Elmi fəaliyyətlə yanaşı, N. Cəlilov pedaqoji fəaliyyətlə də məşğul olmuşdur (BDU, fizika fakültəsi). O, Beynəlxalq Avro-Asiya Astronomiya Cəmiyyətinin üzvüdür.[3]
1) Qeyri bircins plazmada şüalanmanın təsiri nəzərə alınmaqla MHD dalğalarının yayılması və xətti transformasiyası nəzəriyyəsi işlənilmişdir. Göstərilmişdir ki, Günəş seysmolojiyasında sərhəd məsələsinin korrekt həlli üçün tapılmış həllər mühüm rol oynayırlar.
2) Tunel effektini nəzərə alaraq Günəşin məxsusi akustik p-modlarının nəzəriyyəsi işlənilmişdir. Gostərilmişdir ki, dalğaların enerjisinin atmosferdə mövcud olan akustik baryerdən süzülməsinin nəzərə alınması seysmolojiyanın çox mühüm "rəqslərin tezlikləri" problemini həll edir.
3) İlk dəfə olaraq Günəşin nüvəsində neytrinlərin bir növdən digər növə çevrilməsini təmin edə bilən plazma küyünün yaranmasının fiziki ideysi irəli sürülmüş və bu ideyanın riyazi modeli yaradılmışdır. Bu model Günəşin neytrin ölçmələri əsasında Günəş nüvəsində fiziki şəraiti (maqnit sahəsi, fırlanma sürəti və.s.) müəyyən etməyə imkan verir. Beləliklə Günəşin neytrin tomoqrafiyasının nəzəri əsası yaradılmışdır.
4) Günəş və ulduzlarda diferensial fırlanmanı nəzərə alaraq qlobal burulğanlı dalğaların nəzəriyyəsi işlənmişdir. Göstərilmişdir ki, Günəşdə onun inteqral parlaqlılığına təsir edə bilən çox uzun periodlu: 1–3, 18–30, 100 və 1500–20000 illik qlobal burulğanlı rəqslər generasiya ola bilər. İlk dəfə olaraq bu rəqslərin Yerin iqlimində kvazi-periodik qlobal dəyişikliklərə səbəb ola bilməsi ideyası irəli sürülmüşdür və əsaslandırılmışdır.[3]
5) Maqnitləşmiş anizotrop seyrək kosmik plazmanın hissəciklər arasında toqquşma olmayan halı üçün MHD nəzəriyyəsi inkişaf etdirilmişdir. Bu cür plazmada yaranan dayanıqlı və dayanıqsız dalğaların tam spektri tapılmışdır. Göstərilmişdir ki, plazmanın tapılan hidrodinamik dayanıqsızlıq şərtləri plazma fizikasında kinetik yaxınlaşma ilə üst üstə düşür. İnkişaf etdirilən nəzəriyyə Günəş tacının qızması ve Günəş küləyinin yaranması modellərinin yenidən qurulmasına imkan verir.[4]
.[5]
BDU (saat hesabı ilə), doktorant hazırlığı
Astronomiyanın populyarlaşdırılması üçün mühazirə və çıxışlar[6]