Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Müdri kənd inzibati ərazi dairəsində kənd.[1]
Nanıc | |
---|---|
40°53′32″ şm. e. 48°19′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Lahıc turizm zonasında yerləşir.
Əhalisi 73 nəfərdir ki, onun da 33 nəfəri kişi, 40 nəfəri qadındır. Kəndin əhalisi tatlardan ibarətdir.
Kənddə əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel–may aylarında kəndin ərazisində məşhur "Xarı–bülbül" çiçəyinə rast gəlmək olar.
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |