. Love.az

Nansen Adasi Krasnoyarsk Diyari - Wikipedia - Love.az

Ana Səhifə - Nansen Adasi Krasnoyarsk Diyari
Bu adın digər istifadə formaları üçün bax: Nansen adası.

Nansen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Böyük Arktik qoruğu ərazisinə daxildir. Ada Norveç əsili qütb araşdırmaçısı Fritof Nansenin şərəfinə adlandırılmışdır. İkinci Dünya müharibəsi zamanı ada yaxınlığında baş vermiş döyüş Vunderland əməliyyatı olaraq tanınır. Materikdən 2,3 km enə malik olan Fram boğazı ilə ayrılır. Adanın uzunluğu 21 km, eni 2.5 km təşkil edir. Yaxınlığında iki ada vardır. Şimalda Pravda adası, qərbdə Vxodnoy adası. Şərqdə Bonevi adası yerləşir. Bu iki ada arasında məsafə 2 km-dir. Matisen boğazı ilə Vilkis adalarından ayrılır.[1]. Qışda və bəzən isə ada və ətrafı buzla örtülü olur.

Nansen adası
rus. Остров Нансена
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°12′ şm. e. 94°45′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Nordenşeld arxipelaqı
Akvatoriya
  • Şimal Buzlu okean
  • Kara dənizi
Nansen adası xəritədə
Nansen adası
Nansen adası

İstinadlar

redaktə
  1. ↑ Обзорно-географический Атлас России. — Картография, АСТ, Астрель, 2010. — С. 88.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nansen_adası_(Krasnoyarsk_diyarı)&oldid=7596514"
LOVE.AZ