Nasim Həmid (ərəb. نسيم حميد;12 fevral 1974, Şeffild, Yorkşir[d]) — britaniyalı[1] keçmiş peşəkar boksçu. Həmçinin Şəhzadə Nasim (ing. Prince Naseem) və Naz ləqəbləri ilə də tanınır.[2]
Nasim Həmid | |
---|---|
ərəb. نسيم حميد | |
![]() | |
Ümumi məlumatlar | |
Ləqəbi | Prince |
Boyu | 165 sm |
Doğum tarixi | 12 fevral 1974(1974-02-12) (51 yaş) |
Doğum yeri |
|
![]() |
Nasim Həmid 1974-cü ildə İngiltərənin Yorkşir əyalətinin Şeffild şəhərində, yəmənli ailədə anadan olub.[3] Peşəkar boks karyerasına 1992-ci ildə başlamış və 2002-ci ildə karyerasına son vermişdir.[4] 1998–2001-ci illərdə dünya çempionu titulu uğrunda keçirilən bütün yarışlarda aralıqsız çempion olmuşdur.
Həmid uçan xalça ilə, kəcavə üzərində, həmçinin Maykl Ceksonun "Triller" videosunu canlandıraraq və s. bunun kimi möhtəşəm rinqə girişləri ilə tanınırdı. O, həmçinin özünəməxsus boks tərzi və güclü zərbə ilə rəqiblərini nokaut etməsi ilə məşhurlaşmışdı.[5][6]
2023-cü ilin avqust ayından etibarən "BoxRec" Hamidi Avropada bütün dövrlərin 22-ci "pound for pound" boksçusu[7] və bütün dövrlərin ən böyük 12-ci ingilis döyüşçüsü[8] kimi qeyd etmişdir. 2016-cı ildə ESPN Həmidi son 25 ilin ən yaxşı 25 "pound for pound" döyüşçüsü siyahısında 22-ci sırada yerləşdirdi.[9] "The Ring" jurnalının qardaş nəşri olan "World Boxing" Hamidi bütün zamanların ən böyük britaniyalı boksçuları siyahısında 11-ci sırada, "The Telegraph"dan Qaret A. Devis isə onu 10-cu sırada yerləşdirmişdir.[10] "The Ring" jurnalı həmçinin bütün zamanların ən böyük boksçuları sıralamasında Həmidi 46-cı yerdə qeyd etmişdir.[11]