Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi və sahibkar.
Nasir Mənzuri | |
---|---|
ناصر منظوری | |
| |
Doğum tarixi | |
Doğum yeri | İran, Miyana şəhəri, Küləboz mahalı |
Təhsili | Təbriz Universiteti |
İxtisası | mühəndis |
Fəaliyyəti | yazıçı, dilçı |
Əsərlərinin dili | azərbaycanca, farsca, ingiliscə |
avava.blogfa.com |
Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.[1]
Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib.[1] Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir. Bu şirkət bir patent (qeyd nömrəsi: 100385)[2] və bir sanaye dizaynına (qeyd nömrəsi: 44516)[3] xüsusi hüquq əldə edib.
Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.
Nasir Mənzurinin fəaliyyəti iki istiqamətə bölünür: yazıçılıq və dilçilik. Onun yaradıcılıq fəaliyyəti bədii və elmi istiqamətdədir. Mənzurinin həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir. O, öz əsərlərini 3 dildə - azərbaycanca, ingiliscə və farsca yazır.[1]
Fel sərfi və fel quruluşunun analizi üçün idraksal modular alət (İngiliscə, Türkcə, Ərəbcə və Farsca üçün), qeyd nömrəsi 100385, qeyd tarixi 2020-12-17[2]
Fikri ve öyrətici oyuncaq (Kələmə/heca düzəldən kubik və pəncərəsəl alətlər), qeyd nömrəsi 44516, qeyd tarixi 2021-10-02[3]
Dizayn və istehsal edilmiş idraksal alətlər