Nasirilər sülaləsi (ərəb. بنو نصر) — İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır.
Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir.