Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Natəvan Sultanova (tam adı: Natəvan Rəsul qızı Sultanova; 30 iyun 1942, Bakı Azərbaycan SSR) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent.
Natəvan Sultanova | |
---|---|
Natəvan Rəsul qızı Sultanova | |
Doğum tarixi | (82 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
Mükafatları | |
ica.az |
Sultanova Natəvan Rəsul qızı 1942-ci ilin iyun ayının 30-da Bakı şəhərində anadan olub. Bakı şəhərinin 174 № li məktəbinin birinci sinfinə 1950-ci ildə daxil olub, 1960-cı ildə bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1965-ci ildə Universiteti bitirib.1965-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutuna qəbul olub, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin İnstitutda 1970-ci ildə aspiranturaya daxil olub və 1977-ci ildə "Синтез продуктов нуклеофильного замещения некоторых дигалогенэфиров и эфиров — монохлоргидрина глицерина и исследование их в качестве присадок к маслам и топливам и ингибиторов коррозии" mövzusunda dissertasiya müdafiə edərək "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixindən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.
Sultanova Natavan Rəsul qızı "Yanacaqlara aşqarlar" laboratoriyasında yanacaqlara aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yanacaqlara aşqar kimi tədqiq edir. Sultanova N. R. yanacaqların korroziya xasələrinin öyrənilməsinin və mühafizəedici aşqarların təsirinin qiymətləndirilməsinin dəyişən kontakt üsulu ilə hərtərəfli öyrənmişdir. O, ekoloji təhlükəsiz yüksək istismar keyfiyyətlərinə malik yeni yanacaq növü olan biodizel yanacağının alınması sahəsində tədqiqatlar aparmış və müsbət nəticələr əldə etmişdir.
Sultanova Natavan Rəsul qızı 80-dan çox elmi əsərin, o cümlədən 36 məqalə, 21 məruzənin tezisləri, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.