. Love.az

Nataliya Sarovskaya - Wikipedia - Love.az

Ana Səhifə - Nataliya Sarovskaya

Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).

Nataliya Şarovskaya
Nataliya Yuryevna Şarovskaya
Digər adı Nataliya Haşımova
Doğum tarixi 1959
Həyat yoldaşı
  • Aleksandr Şarovski
Fəaliyyəti Aktrisa
Mükafatları Azərbaycan Respublikasının xalq artisti — 2018 Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID15896386

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır.

Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

  • Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.

Mükafatları

redaktə
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il[1]

Filmoqrafiya

redaktə
  1. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  2. Otel otağı (film, 1998)
  3. Yoxlama (film, 2006)

İstinadlar

redaktə
  1. ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nataliya_Şarovskaya&oldid=6672542"
LOVE.AZ