. Love.az

Natiq Ceferli - Wikipedia - Love.az

Ana Səhifə - Natiq Ceferli

Natiq Cəfərli (22 fevral 1972[1], Babakişilər, Bolnisi rayonu) — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri.

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri
Vəzifədədir
1 oktyabr 2024-cü ildən
Əvvəlkiİlqar Məmmədov
Respublikaçı Alternativ Partiyasının icra katibi
20 noyabr 2023 – 23 senytabr 2024
Respublikaçı Alternativ Partiyasının icraçı katibi
 – 4 avqust 2020
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1972(1972-02-22)[1] (53 yaş)
Doğum yeri
  • Babakişilər, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Partiya
  • Respublikaçı Alternativ Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad İnstitutu (–1993)[1]
Fəaliyyəti iqtisadçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1972-ci ildə Bolnisi rayonunun Babakişilər kəndində doğulmuşdur.[2] Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirmişdir.[3]

Siyasi fəaliyyəti

redaktə

2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş,[4] hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olmuşdur.

6 noyabr 2023-cü il tarixində Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv seçilmişdir.[5] Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Freebase Data Dumps. Google.
  2. ↑ "Tərcümeyi-hal". Natigjafarli.real2020.org (az.). Archived from the original on 2020-01-26. İstifadə tarixi: 2020-02-11.
  3. ↑ TV, Meydan. "Natiq Cəfərli kimdir?". MEYDAN.TV (az.). 2016-08-13. İstifadə tarixi: 2024-07-03.
  4. ↑ "Arxivlənmiş surət". 2013-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-15.
  5. ↑ "REAL Partiyası qurultay keçirdi, rəhbərlikdə bu şəxslər təmsil olunacaqlar". Pravda.az. İstifadə tarixi: 2023-11-17.
  6. ↑ bizim.media. "İlqar Məmmədov yenidən REAL-ın SƏDRİ SEÇİLDİ". bizim.media (az.). 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.

Xarici keçidlər

redaktə
  Vikianbarda Natiq Cəfərli ilə əlaqəli mediafayllar var.
  • REAL Siyasi Komitə üzvləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Natiq_Cəfərli&oldid=7789800"
LOVE.AZ