. Love.az

Naxcivan Sederek Magistral Yolu - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivan Sederek Magistral Yolu

Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu.

Avtomobil yolu
M7 şossesi
Ölkə  Azərbaycan
Yol nömrəsi M-7
Uzunluğu 87 km
Başlayır Azərbaycan Naxçıvan
Bitir Azərbaycan Sədərək

Mündəricat

  • 1 İnşa tarixindən
  • 2 Texniki göstəriciləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

İnşa tarixindən

redaktə

Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.[1]

Texniki göstəriciləri

redaktə

Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr[2], eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.[1]

Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.[3]

Həmçinin bax

redaktə
  • M8 şossesi (Azərbaycan)

İstinadlar

redaktə
  1. ↑ 1 2 "İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak etmişdir". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  2. ↑ "Respublika əhəmiyyətli avtomobil yolları". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  3. ↑ "Arxivlənmiş surət". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=M7_(Azərbaycan)&oldid=7448579"
LOVE.AZ