. Love.az

Naxcivan Muxtar Respublikasinin Konstitusiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivan Muxtar Respublikasinin Konstitusiyasi

Naxçıvan Muxtar Respublikası Konstitusiyası — Naxçıvan Muxtar Respublikasının əsas qanunu[1].

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

1998-ci il aprelin 28-də birinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasında qəbul edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun və 29 dekabr 1998-ci il tarixli iclaslarında təsdiq edilmiş, 1999-cu il yanvarın 8-dən qüvvəyə minmişdir. Konstitusiya preambuladan, 6 fəsildən (50 maddə) və 4 keçid müddəasından ibarətdir. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır və Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edlir; qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Ali vəzifəli şəxs institutu təsis edilmişdir. Ali vəzifəli şəxs – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyətini səlahiyyətlərinə malikdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyası muxtar respublikanın normativ-hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycan Respublikasının Konstitusiyası

İstinadlar

redaktə
  1. ↑ 1 2 Naxçıvan Muxtar Respublikası Konstitusiyası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 153. — ISBN 5-8066-1468-9

Xarici keçidlər

redaktə
  • NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASI Arxivləşdirilib 2017-08-25 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naxçıvan_Muxtar_Respublikasının_Konstitusiyası&oldid=8076295"
LOVE.AZ