. Love.az

Nazar Cepurni - Wikipedia - Love.az

Ana Səhifə - Nazar Cepurni

Nazar Vyaçeslavoviç Çepurni (ukr. Назар Вячеславович Чепурний; 3 sentyabr 2002, Çerkasi)[1] — ukraynalı idman gimnastı.

Nazar Çepurni
ukr. Назар Вячеславович Чепурний
Çepurni 2018-ci ildə
Çepurni 2018-ci ildə
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 2002(2002-09-03) (22 yaş)
Doğum yeri
  • Çerkasi, Çerkası vilayəti, Ukrayna
Gimnastika karyerası
Təmsil etdiyi ölkə Ukrayna Ukrayna
Gimnastika növü idman gimnastikası
Fəaliyyət illəri 2016 — hal-hazırda
Klub Olimpiya Gənclər İdman Məktəbi
Baş məşqçisi Qennadi Sartınski
Medallar
Dünya çempionatı
Bürünc Antverpen 2023 fərdi
Avropa çempionatı
Qızıl Rimini 2024 komanda
Bürünc Rimini 2024 fərdi
Yeniyetmələr arasında Gimnastika üzrə Dünya çempionatı
Qızıl Dyör 2024 paralel qollar
Gümüş Dyör 2024 komanda
Bürünc Dyör 2024 xalçada hərəkətlər
Gənclərin Olimpiya Oyunları
Gümüş Buenos-Ayres 2018 fərdi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 2024-cü il Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edib. 2024-cü ildə kişilər arasında bədii gimnastika üzrə Avropa çempionatında qızıl medal, 2019-cu ildə gənclər arasında Dünya çempionatında isə komanda tərkibində gümüş medal qazanıb. Fərdi tullanmada o, 2011-ci il Yay Universiadasının çempionu, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medal, 2023-cü il Dünya və 2024-cü il Avropa çempionatlarının bürünc medal mükafatçısı olub.

Bundan əlavə, o, tirdə 2019-cu ildə gənclər arasında Dünya çempionudur.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 2016
    • 1.2 2018
    • 1.3 2019
    • 1.4 2021
    • 1.5 2022
    • 1.6 2023
    • 1.7 2024
  • 2 İstinadlar

Həyatı

redaktə

2016

redaktə

İsveçrənin Bern şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında iştirak edib.[2]

2018

redaktə

Nazar Çepurni çoxnövçülükdə ona birinci yeri qazandıran Ukrayna Beynəlxalq Kubokunda iştirak edib. O, İlya Kovtun, Vladislav Qrineviç, Dmitri Şişko və Roman Vaşenko ilə birlikdə yeniyetmələrin Avropa çempionatında iştirak edərək, Ukraynanın komanda hesabında beşinci yeri, çoxnövçülükdə isə doqquzuncu yeri tutmuşdur. Daha sonra o, Mərakeşdə keçirilən Ümumdünya məktəbli İdman Oyunlarında iştirak edərək, çoxnövçülükdə Dioqo Soareşdən sonra ikinci, halqalarda üçüncü oldu, lakin tirdə qızıl medal qazandı. O, həmçinin halqalarda bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıb.[3]

2018 Yeniyetmələrin Olimpiya Oyunlarında Ukraynanı təmsil edib, komandası qızıl medal qazanıb. O, dörd fərdi finala: çoxnövçülük, xalçada sərbəst hərəkətlər, dayaqlı tullanma və paralel qollara vəsiqə qazanıb. Çoxnövçülükdə altıncı, xalçada hərəkətlərdə və paralel qollarda dördüncü oldu. Brendon Brionesə uduzaraq dayaqlı tullanmada gümüş medal qazandı.[4][5]

2019

redaktə

O, Beynəlxalq Ukrayna Kubokunda və Ukrayna çempionatında iştirak edib, burada çoxnövçülükdə İlya Kovtundan sonra ikinci yeri tutub, həmçinin, İlya Kovtun və Vladimir Kostyukla birlikdə Dyörda keçirilən yeniyetmələr arasında ilk Dünya çempionatında iştirak edib. Ukraynanın Yaponiyadan sonra ikinci yeri tutmasında rolu böyük olub, çoxnövçülükdə fərdi hesabda isə yeddinci olub. Üç növdə: xalçada hərəkətlər, paralel qollar və dayaqlı tullanmada finala vəsiqə qazanıb. O, Ryu Sung Hyun və Feliks Dolcidən sonra xalçada hərəkətdə bürünc medal, paralel barmaqlıqlarda yeddinci olub və dayaqlı tullanmada qızıl medal qazanıb.[1][6][7] Daha sonra Azərbaycanda, Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edib. İlya Kovtun və Vladimir Kostyukla birlikdə komanda yarışında qızıl medal qazanıb. O, çoxnövçülükdə altıncı, tullanmada isə dördüncü yeri tutub, lakin üç fərdi medalını: xalçada hərəkətdə qızıl medal, dəstəli at və paralel halqalarla hərəkətdə gümüş medal qazanıb.[8]

2021

redaktə

Varna və Qahirədə keçirilən idman gimnastikası üzrə Dünya kuboklarında iştirak edib. O, onların hər birində, dayaqlı tullanmada qızıl medal qazanıb, Qahirədə dəstəli atda isə bürünc medal qazanıb. Nəticədə, 2020-2021-ci illərdə dayaqlı tullanmada birinci yeri tutub.[9] İdman gimnastikası üzrə Dünya çempionatında iştirak etmək üçün seçilən Nazar Çepurni bbirinci yeri tutaraq, dayaqlı tullanmada finala vəsiqə qazanıb. Lakin yarışın finalı zamanı o, ikinci tullanma zamanı yıxılaraq yeddinci yerlə kifayətlənməli olub.

2022

redaktə

Nazar Çepurni, Kottbusda keçirilən Dünya Kubokunda iştirak edib və burada Artur Davtyana uduzaraq, dayaqlı tullanmada gümüş medal qazanıb.[10] Daha sonra Dohada keçirilən Dünya Kubokunda iştirak edərək, yenə də Artur Davtyana uduzaraq, gümüş medal qazanıb. Qahirədə keçirilən dünya çempionatında da o, yenə Artur Davtyana uduzaraq, ardıcıl üçüncü gümüş medalını qazanıb.[11] Bakıda keçirilən Dünya Kubokunda isə iştirak edərək, tullanmada qızıl medal qazanıb.[12]

2023

redaktə

Aprel ayında Qahirədə keçirilən Dünya çempionatında iştirak edən Nazar Çepurni, Artur Davtyana uduzaraq, tullanmada gümüş medal qazandı. Avqust ayında o, Ümumdünya Universiadasında iştirak edərək, Ukrayna komandasının yarışda 11-ci yeri tutmasında böyük rolu oldu. Fərdi yarışda isə tullanmada qızıl medal qazandı.[13] 2023-cü ildə Antverpendə keçirilən Dünya çempionatında o, Ukraynanın seçmə mərhələsində komanda hesabında on ikinci yeri tutmasında rol oynadı, bu da onlara 2024-cü il Olimpiya Oyunlarına komanda vəsiqəsini qazandırdı. Fərdi yarışda tullanmada finala da yüksəldi. Finalda o, 14,766 xalla Böyük Britaniyadan Ceyk Carmana və ABŞ-dən Hoy Yanqa məğlub olaraq bürünc medal qazandı. [14]

Dekabrda isə Dünya çempionatında qazandığı uğurlarına görə "Ukraynanın əməkdar idman ustası" adına layiq görülüb.[15]

2024

redaktə

Qahirədə və Bakıda keçirilən Dünya kuboklarında iştirak edib: tullanmada müvafiq olaraq gümüş və qızıl medal qazanıb. O, 2024-cü il Avropa çempionatında İlya Kovtun, İqor Radivilov, Radomir Stelmax və Oleq Verniayevlə birgə yarışıb və onlar birlikdə birinci yeri tutaraq komanda finalına yüksəliblərO, finalda Ceyk Carmen və Artur Davtyana uduzaraq tullanmada bürünc medal qazanıb.[16] Komanda finalında isə o, tullanma və paralel qollarla hərəkətlərdə töhfə verib.[17]

O, 2024-cü il Olimpiya Oyunlarında Kovtun, Radivilov, Stelmax və Verniayevlə birlikdə mübarizə aparıb. Təsnifat mərhələsində o, Ukraynaya komanda finalına, fərdi yarışda isə tullanmada finala yüksəlməyə kömək edib. Komanda finalında o, Ukraynaya sərbəst hərəkətlər və tullanmada beşinci yeri qazandırıb.[18] O, bürünc medalçı Harri Hepuortdan 0,05 xal geri qalaraq, tullanmada altıncı olub.[19]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "2019 Junior World Artistic Gymnastics Championships". FIG. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.
  2. ↑ "Junior Team Competition" (PDF). 2016 European Men's Artistic Gymnastics Championships. 2020-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-11.
  3. ↑ "2018 Gymnasiade Men's Results". The Gymternet. 2018-05-10. 2020-06-22 tarixində arxivləşdirilib.
  4. ↑ Penny, Brandon. "After Just Missing Youth Olympic Podium 4 Times, Gymnast Brandon Briones Scores Vault Gold Medal". Team USA. 14 October 2018. 15 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2020.
  5. ↑ Pavitt, Michael. "Argentina and Malaysia secure hockey5s titles at Buenos Aires 2018". InsideTheGames.biz. 14 October 2018. 17 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2020.
  6. ↑ Payne, Ned. "Russian teenage sensation wins third gold of Artistic Gymnastics Junior World Championships". InsideTheGames.biz. 30 June 2019. 1 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2020.
  7. ↑ Etchells, Daniel. "Gold medals shared five ways on first day of apparatus finals at Artistic Gymnastics Junior World Championships". InsideTheGames.biz. 29 June 2019. 17 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2020.
  8. ↑ "2019 European Youth Olympic Festival Men's Results". The Gymternet. 2019-08-01.
  9. ↑ "Kovtun and Derek triumph with World Challenge Cup Series titles". International Gymnastics Federation. 2021-09-15. 2024-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  10. ↑ "Two titles for Ukrainian gymnasts as Cottbus kicks off World Cup season". International Gymnastics Federation. 2022-02-28. 2025-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  11. ↑ "Illia Kovtun wins gold, silver and bronze at the World Cup in Doha". International Gymnastics Federation. 2022-03-07. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  12. ↑ "Kovtun's fourth consecutive title leads Ukraine to distinction at Baku World Cup". International Gymnastics Federation. 2022-04-04. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  13. ↑ "With a haul of nine golds, Chinese gymnasts dominate World University Games". International Gymnast Media. 2023-08-06. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  14. ↑ "World Gymnastics Championships: Jake Jarman wins GB's first vault title & Simone Biles claims double gold". BBC. 2023-10-08. 2025-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  15. ↑ "Назар Чепурний – Заслужений майстер спорту України" (ukrayna). 2023-12-08. 2025-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  16. ↑ "Jarman and Kovtun Win European Titles on Day Two of Apparatus Finals in Rimini". International Olympic Committee. 2024-04-27. 2025-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  17. ↑ "Ukraine rallies to win senior team title as men's European Championships conclude". International Gymnast Media. 2024-04-28.
  18. ↑ "Dramatic finish sweeps Japanese men to Paris 2024 Olympic team title". International Gymnastics Federation. 2024-07-29. 2025-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
  19. ↑ "Olympic Men's Gymnastics 2024: Vault Medal Winners, Scores and Results". Bleacher Report. 2024-08-04. 2025-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazar_Çepurni&oldid=8161763"
LOVE.AZ