. Love.az

Nazik Bagirsaq Xercengi - Wikipedia - Love.az

Ana Səhifə - Nazik Bagirsaq Xercengi

Nazik bağırsaq xərçəngi — Nazik bağırsağın şişləri.

Nazik bağırsaq xərçəngi
XBT-10-KM C17, C17.9
XBT-9-KM 152.9[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Xoşxassəli törəmələr
    • 1.1 Leyomioma
    • 1.2 Lipoma
    • 1.3 Hamartoma
  • 2 Bədxassəli törəmələr
    • 2.1 Adenokarsinoma
    • 2.2 Limfoma
    • 2.3 Karsinoid törəmələr
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Xoşxassəli törəmələr

redaktə

Leyomioma

redaktə

Leyomioma nazik bağırsağın mezenximal hüceyrələrindən inkişaf edən və differensasiya olunmuş saya əzələlərindən ibarət törəmələrdir. Törəmələr ekstraluminal istiqamətdə inkişafa meyilli olduqları üçün klinik əlamətlər törətmədən böyük ölçülərə çata bilirlər.[3]

Lipoma

redaktə

Lipoma OBB və qalça bağırsaqda çox rast gəlir. Selikaltı əsas və ya seroz qişanın yağ toxumasından inkişaf edir. Malignizasiya ehtimalı yox dərəcəsindədir.

Hamartoma

redaktə

Çoxsaylı hamartomalar Peutz-Jegher sindromunda rast gəlir (dəri və selikli qişalarda piqmentasiyalar və mədə-bağırsaq sistemində çoxsaylı poliplər). Hamartomaların malignizasiya ehtimalı çox aşağıdır. Lakin qanaxma və BK kimi ağırlaşmalar törədirlər.

Bədxassəli törəmələr

redaktə

Adenokarsinoma

redaktə

Adenokarsinomalar nazik bağırsağın ən çox rast gələn bədxassəli törəmələridir (25–40%). Selikli qişadan inkişaf edir və əksər hallarda (40%) OBB-da yerləşirlər. Villyoz adenomalar (şək. 56), polipoz sindromu (şək. 57), Crohn xəstəliyi, ailəvi qeyri-polipoz sindromu və kolon kanseri risk amilləri sayılır.

Limfoma

redaktə

Nazik bağırsaqda birincili (bağırsağın öz limfa toxumasından inkişaf edən ekstranodal limfoma) və ikincili (limfa düyünlərindən inkişaf edən sistemik limfoma(lar) nın yayılması) limfomalar rast gəlir.

Karsinoid törəmələr

redaktə

Karsinoid törəmələr (neyroendokrin törəmələr və ya APUDomalar) bağırsağın selikli qişasının endokrin hüceyrələrindən (Kulchitsky, enteroxromaffin, APUD hüceyrələr) inkişaf edən törəmələrdir. Bəzi törəmələr I və II tip çoxsaylı neyroendokrin neo- və ya hiperplaziyalarla (ÇEN, rus və ingilis ədəbiyyatlarında MEN) ilə birgə rast gəlir.

İstinadlar

redaktə
  1. ↑ Disease Ontology (ing.). 2016.
  2. ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. ↑ Bayramov N.Y., Rüstəm Ə.M., Zeynalov B.M. Nazik bağırsağın cərrahi xəstəlikləri (PDF). Bakı: Təbib. 2016. 171. ISBN 978-9952-536-20-1.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazik_bağırsaq_xərçəngi&oldid=7534182"
LOVE.AZ