Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 6 may 2017, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1987), professor (1994), AMEA-nın müxbir üzvü (2007)[1][2][3]
Nazil Canibəyov | |
---|---|
Nazil Fazil oğlu Canibəyov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Nazil Canibəyov 21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.[1][2]
Nazil Canibəyov əmək fəaliyyətini 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində başlamışdır. Sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1986-cı ildən 2016-cı ilə kimi AMEA NKPİ-də Polifunksilonal kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının müdiri, 2012-ci ildən 2017ci ilə kimi isə Neft-kimya sintezi şöbəsinin müdiri vəzifəsində icra etmişdir.[1][2]
Nazil Canibəyov 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazırlamışdır.[1][2]
Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.[1][2]
Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir.[1][2]
Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır. Alınmış nəticələr göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.[1][2]