. Love.az

Nazim Ismayilov Icra Bascisi - Wikipedia - Love.az

Ana Səhifə - Nazim Ismayilov Icra Bascisi

Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.

Nazim İsmayılov
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı
17 may 2019 – 16 may 2020
ƏvvəlkiSiraqəddin Cabbarov
SonrakıElmir Bağırov
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
21 aprel 2011[1] – 17 may 2019
ƏvvəlkiHeydər Abbasov[2]
SonrakıSiraqəddin Cabbarov
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
7 iyul 2006 – 21 aprel 2011
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
19 aprel 2001 – 7 iyul 2006
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyul 1952(1952-07-24) (72 yaş)
Doğum yeri
  • Kürdşaban, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (1992–)
Təhsili
  • Azərbaycan Neft və Kimya İnstitutu (–1974),
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (–1991)
İxtisası istilik energetik mühəndisi və politoloq

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Təltifləri
  • 4 İstinadlar

Həyatı

redaktə

Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.[3]Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır.

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.[4]

  • 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor[5]
  • 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri.
  • 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri.[6]
  • 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi.
  • 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
  • 1991–1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
  • 1992–1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
  • 1994–2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
  • 2001–2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı.[7],
  • 2006–2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı[8]
  • 2011–2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı.
  • 2019–2020-ci illərdə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.[4]
  • Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.

Təltifləri

redaktə
  •   (12 iyul 2012) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni[4]
  •   (27 may 2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı
  •   (02 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  2. ↑ "Arxivlənmiş surət". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  3. ↑ "Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2011-ci il tarixli Sərəncamı". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  4. ↑ 1 2 3 Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il tarixli Sərəncamı
  5. ↑ "Azərbaycan Respublikası Prezidentinin 1457 nömrəli Sərəncamı". 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
  6. ↑ "Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2011-ci il tarixli Sərəncamı". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  7. ↑ "Azərbaycan Respublikası Prezidentinin 2358 nömrəli Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  8. ↑ "sabirabad-ih.gov.az". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazim_İsmayılov&oldid=7777957"
LOVE.AZ