. Love.az

Nazim Elioglu - Wikipedia - Love.az

Ana Səhifə - Nazim Elioglu

Nazim Əlioğlu - (tam adı Əhmədov Nazim Əli oğlu: 1952, Azərbaycan SSR, Ağcabədi rayonu)- Azərbaycanlı şair, publisist, ədəbi tənqidçi, naşir, AYB və AJB üzvü.[1]

Nazim Əlioğlu
Əhmədov Nazim Əli oğlu
Doğum tarixi 1952
Doğum yeri Azərbaycan SSR, Ağcabədi rayonu, Salmanbəyli kəndi
Təhsili M.Qorki adına Moskva Ədəbiyyat İnstitutu
İxtisası poeziya

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Əmək fəaliyyəti
  • 3 Ədəbi fəaliyyəti
  • 4 Əsərləri
  • 5 Şeirləri
  • 6 İstinadlar

Həyatı və təhsili

redaktə

Əhmədov Nazim Əli oğlu 1952-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub [2].1970-ci ildə Ağcabədi şəhər 2 saylı orta məktəbi bitirib. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsinin məzunudur[3]

Əmək fəaliyyəti

redaktə

1986-cı ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirəndən sonra bir müddətə Ağcabədidə “Sürət” qəzetində korrektor, sonrakı illərdə isə “Axtarış”, “Dədəm Qorqud” və “İnter-faks” qəzetlərində xüsusi müxbir, “Qorqud” və “Bəstəkar” nəşriyyatlarında redaktor işləyib.Şeirləri Moskvada “İstoki” və “Poeziya” almanaxlarında dərc olunub və rus, Ukrayna, ləzgi, tacik dillərinə tərcümə edilib. Nazim Əlioğlu 2010-cu ildən “Tərəkəmə” qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.[4]

Ədəbi fəaliyyəti

redaktə

“Yaşat məni” adlı ilk şeirlər toplusu 1989-cu ildə, “Ümidin doğulduğu vaxt” şeirlər və poemalar toplusu isə 2009-cu ildə işıq üzü görüb. N.Əlioğlu Qarabağ savaşı zamanı müstəqil hərbi jurnalist kimi fəaliyyət göstərib.[5] Sıravi əsgər Əlfi Məmmədova həsr olunmuş “Səndən sonra”, Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun döyüş yolundan bəhs edən “Sən ellər oğlusan” və “Kobra” ləqəbli könüllülər batalyonunun komandiri Fazil Həsənovun qəhrəmanlığından bəhs edən “Vətən sənə oğul deyir” adlı hərbi-publisistik kitabların tərtibçisi və həmmüəllifidir.[6] Şeirləri Moskvada “İstoki”, “Poeziya” almanaxlarında dərc olunub və rus, ukrayna, ləzgi, tacik dillərinə tərcümə edilib. “Aran” qəzetində korrektor kimi işə başlayıb. “Dədəm Qorqud” “Axtarış”, “Yeni dünya və “İnterfaks” müstəqil qəzetlərində xüsusi müxbir işləyib. “Gənc qələmlər” cəmiyyətinin Qarabağ şöbəsinin sədri olub. “Qorqud” və “Bəstəkar” nəşriyyatlarında redaktor vəzifəsində işləyib. Moskvada nəşr olunan “Azərbaycan Diasporu” qəzetinin Azərbaycan üzrə təsisçisi olub. Hazırda “Oskar” mədəniyyət qəzetinin Rusiya üzrə xüsusi müxbiridir.

Əsərləri

redaktə

1.“Yaşat məni”, B.,“Yazıçı”,1989,88 s,1000 nüs.

2. “Ümidin doğulduğu vaxt”, B.,Gənclik-2010,145 s,200 nüs.

3. “Səndən sonra”,

4. “Sən ellər oğlusan”,

5. “Vətən sənə oğul deyir”,

6. “İşığın övladı”, Bakı, “Nur”, 92 səh.

7. “Ağdamın övladları”, Bakı, “Yazıçı”, 146 səh.

Şeirləri

redaktə

Nazim Əlioğlu,525-ci qəzet" [1]

Qələndər Xaçınçaylının müsahibəsi[2]

İstinadlar

redaktə
  1. ↑ Şirxan Aranlı, Ağcabədi (Ensiklopedik toplu). Bakı.2021.
  2. ↑ [Kəbirli elatı. Süleyman Kəbirli.Bakı,2015]
  3. ↑ Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları BAMF-da görüşdülər
  4. ↑ Şirxan Aranlı, Ağcabədi (Ensiklopedik toplu), Bakı,2021.səh.663
  5. ↑ [Ağcabədi yazarları, Məhsəti Musa]
  6. ↑ Aran qəzeti, Nazim Əlioğlu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nazim_Əlioğlu&oldid=8140470"
LOVE.AZ