Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (fevral 2025) |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (fevral 2024) |
Abbasov Nazim Tanrıverdi oğlu (1 aprel 1930, Marksovka, Ağstafa rayonu – 19 noyabr 2004) — Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri (1972–2004). 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Nazim Abbasov | |
---|---|
Abbasov Nazim Tanrıverdi oğlu | |
Doğum tarixi | 1 aprel 1930(1930-04-01) |
Doğum yeri | |
Vəfat tarixi | 19 noyabr 2004(2004-11-19) (74 yaşında) |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Elmi rəhbəri | prof. B.A. Rozenfeld |
Abbasov Nazim Tanrıverdi oğlu 1930-cu il aprel ayının 1-də Azərbaycan SSR Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. Abbasov Nazim 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib. O, 1949-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1954–1957-ci illər ərzində S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspirantı olmuşdur.
Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabr ayının 19-da vəfat etmişdir.
Abbasov Nazim 1959-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A. Rozenfeldin elmi rəhbərliyi altında "Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Nazim Abbasovun rəsmi opponentləri f-r.e.d., prof. N.Y. Vilenkin və f-r.e.n., dos. B.M. Yusifzadə olmuşdular.
Abbasov Nazim 1964-cü ildə "Həndəsə və cəbr" kafedrası üzrə dosent, 1978-ci ildə isə "Həndəsə" kafedrası üzrə professor elmi adlarına layiq görülmüşdür.
Nazim Abbasov 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Həndəsə və cəbr" kafedrasında assistent, 1959–1964-cü illərdə baş müəllim, 1965–1978-ci illər ərzində dosent, 1972–2004-cü illərdə "Həndəsə" kafedrasının müdiri və, eyni zamanda, 1978–2004-cü illərdə həmin kafedranın professoru vəzifələrində çalışmışdır. Səhhəti ilə əlaqədar olaraq 2004-cü ildə "Həndəsə" kafedrasında professor-məsləhətçi vəzifəsinə keçirilmişdir.
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
80-dən çox emi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə onlarla elmlər namizədi yetişmişdir.
"Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri"