Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Nazim Vəliyev | |
---|---|
Doğum tarixi | 22 fevral 1960(1960-02-22) (65 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Neft yataqlarının işlənməsi |
Elmi dərəcələri |
Texnika Elmləri Doktoru - 2015[2]
|
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) |
Təhsili |
* ADNA: 1977-1982; * Dövlət İdarəçilik Akademiyası: 1998-2002 |
Mükafatları |
|
nazim-veliyev.narod.ru |
Nazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur.
Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017[5]) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü[3], Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir.
İngilis və rus dillərini bilir.
Evlidir, bir qızı var.
1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020-ci ildən isə "Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir.
Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.
Beynəlxalq sərgi-konfranslarda, konqres, simpozium və formlarda SOCAR-ın nümayəndəsi kimi Azərbaycanı layiqincə təmsil edir.
Dünya Neft Şurası və Azərbaycan Milli Neft Komitəsi İdarə Heyətinin, Enerji Xartiyası Sənaye Məsləhət Şurasının, SOCAR-ın Yataqların Ehtiyatlarının Hesablanması üzrə Mərkəzi Komissiyanın, Yataqların İşlənməsi üzrə Ekspert Komissiyasının üzvü, SOCAR-ın Elmi-Texniki Şurasının koordinatoru, Azərbaycan Respublikası Təhsil nazirliyinin Neft qaz institutunun Elmi Şurasının, SOCAR-ın Neftqazelmitədqiqatlayihə institutunun Elmi Şurasının üzvüdür. Rusiyanın "Neftepromıslovoe delo", "Azərbaycanda Geofizika Yenilikləri" və "Azərbaycan Neft Təsərrüfatı" jurnallarının redaksiya heyətinin üzvü, SOCAR-ın "Açıq Mətbuatda xidməti istifadə üçün" qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert Komissiyasının sədridir
Nazim Aslan oğlu Vəliyev 1977–1982 Azərbaycan Dövlət Neft Akademiyasında (keçmiş "Azərbaycan Neft və Kimya institutu"nda), 1998–2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
115 elmi işin, o cümlədən dərc edilmiş 102-dən çox elmi məqalə, kitab, ixtira, və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. 1990-cı ildə "Texnika elmləri namizədi" elmi adını almış, 2015-ci ildə Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru[5] və Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru adlarını almış, "Caspian European Club"-un "Caspian Energy Award — 2015" mükafatına layiq görülmüşdür[6]. Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvüdür[3], 2016-cı ildə Dosent, 2017-ci ildə isə Professor elmi adını almışdır.
N. Vəliyev hələ orta məktəbdə oxuduğu vaxtlardan poeziyaya maraq göstərmişdir. "Neftçi" ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində müntəzəm dərc olunur. "Sənsiz yaşamağa dəyməz" (Bakı, "Azərbaycan", 2000)[7] və "İzin qalacaq" (Bakı, "Yazıçı", 2011) adlı 2 şeir kitabı nəşr edilmişdir.