Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Nazim Ziyad oğlu Hüseynli (30 aprel 1956, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020).
Nazim Hüseynli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1956(1956-04-30) (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı |
30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur.[1]
1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.
1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş.
1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir.
1992-ci ildə Ali Diplomatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və onun rektoru olmuşdur. 1992–2005-ci illərdə Ali Diplomatiya Kollecinin, 2005–2006-cı illərdə Bakı Diplomatiya Universitetinin və 2006–2015-ci illərdə isə Bakı Avrasiya Universitetinin rektoru olmuşdur.
1989-cu ildən fəlsəfə elmləri namizədi, 2005-ci ildən fəlsəfə elmləri doktorudur. 1994-cü ildən dosent, sonralar professor vəzifəsində çalışmışdır.
1986-cı ildə SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir. Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir 4 övladı var.