Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru.
Nazim Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1966(1966-09-06) (58 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.