. Love.az

Neva Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Neva Cayi

Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay.

Neva
Нева
Ölkə
  •  Rusiya
Mənbəyi Ladoqa gölü[1]
Uzunluğu
  • 74 km
Su sərfi 2.500 m³/s
Hövzəsinin sahəsi 281.000 km²
DSR[rus.] 01040300312102000008487
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur. Qolları: Oxta, İjora, Tosna, Mqa. Neva Volqa-Baltik su yolunun bir hissəsini təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Д. Р. Нева (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXа. С. 787–795.

Mənbə

redaktə
  • Нева // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 179.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Neva&oldid=6244763"
LOVE.AZ