Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013).
Nicat Kazımov | |
---|---|
Doğum tarixi | 17 iyun 1972(1972-06-17) (52 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
IMDb | ID2928939 |
Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır.[1] Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında və Bakı Xareoqrafiya Akademiyasında dərs deyir.
2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib[2].
2024- 2025 - ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində Konstantin Raykinin Səhnə Sənətləri Ali Məktəbində dram teatrı rejissorluğu üzrə əlavə peşə təhsili alıb.
Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var.
25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 10 may 2019-cu ildə[5], 7 may 2021-ci ildə[6], 10 may 2022-ci ildə[7], 6 may 2023-cü ildə[8] və 8 may 2025-ci ildə[9] Prezident Mükafatına layiq görülmüşdür.
2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.[10]
14 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 2022-ci ildə "Şücaətə görə" və "Nizami" medalları ilə təltif olunub.