. Love.az

Nigar Eliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Nigar Eliyeva
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Nigar Ramiz qızı Əliyeva (1969, Bakı) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

Nigar Əliyeva
Azərbaycan Respublikası
Səhiyyə Nazirinin müavini
12 fevral 2009 – 3 fevral 2022
Şəxsi məlumatlar
Doğum tarixi 1969
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

1969-cu ildə Bakı şəhərində anadan olub. 1976–1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır. 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "müalicə işi" fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir. 1992–1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında "terapiya" ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

Siyasi fəaliyyəti

redaktə

2009-cu ildə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[1]

Azərbaycan Prezidentinin 3 fevral 2022 tarixli sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilmişdir.[2]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mükafatları

redaktə
  • 2013-cü ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
  • 2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "N. R. Əliyevanın Azərbaycan Respublikası səhiyyə nazirinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2009-cu il tarixli, 147 nömrəli Sərəncamı [ölü keçid]  (az.)
  2. ↑ "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nigar_Əliyeva&oldid=8128014"
LOVE.AZ