. Love.az

Nigar Xanim - Wikipedia - Love.az

Ana Səhifə - Nigar Xanim

Nigar xanım (1856[1][2][…] və ya 1862[3], İstanbul, Osmanlı imperiyası[3] – 1918[1][2], İstanbul) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi.[4]

Nigar xanım
Doğum tarixi 1856[1][2][…] və ya 1862[3]
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası[3]
Vəfat tarixi 1918[1][2]
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Fəaliyyəti şair, yazıçı, jurnalist
Əsərlərinin dili Osmanlı dili[3]
Vikimənbənin loqosu Nigar xanım Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Əsərləri
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir. Nigar Xanım ilk böyük səfərini 1905-ci ildə etdi və Əhməd Cövdət Paşanın qızı Əminə Səmiyə Xanımın dəvəti ilə Serezə getdi. Nigar Xanım müxtəlif illərdə Misir, İtaliya, Fransa və Rumıniyaya kimi ölkələrə səfər edir. 1918-ci ildə vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Nigar Xanım yazıçılıq fəaliyyətinə on dörd yaşında ölən qardaşı Əlinin ölümünə yazdığı mərsiyə ilə başlayıb. Son əsəri də Atıfpaşazadə Rauf bəyin ölümü üçün yazdığı mərsiyədir. Nigar Xanım hekayə, pyes, tərcümə, xatirələr qələmə almışdır

Əsərləri

redaktə
  • Şeir kitabları
  • Efsûs I (1877)
  • Efsûs II (1891)
  • Niram (1896)
  • Aks-i Seda (1900)
  • Elhan-ı Vatan (1916)

Pyes

  • Tesir-i Aşk (1978, ölümünden sonra yayınlandı)

Xatirə

  • Hayatımın Hikåyesi (1959, ölümünden sonra yayınlandı)

Həmçinin bax

redaktə
  • Macar inqilabı (1956)

Xarici keçidlər

redaktə
  • 1956-cı il Macarıstan inqilabı - MƏĞLUBİYYƏTİN TARİXÇƏSİ

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Nigar Hanim // WomenWriters (ing.).
  2. ↑ 1 2 3 4 Nigâr bint Osman // Faceted Application of Subject Terminology.
  3. ↑ 1 2 3 4 5 https://islamansiklopedisi.org.tr/nigar-hanim.
  4. ↑ Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2017-07-08.

Xarici keçidlər

redaktə
  Vikimənbədə Müəllif:Nigar Xanım bint Osman ilə əlaqəli mətnlər var.

Ahmet Cevdet Paşa Kimdir? /Mecelle Şair Nigâr Hanım, kendi hayatını anlatıyor...

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nigar_xanım&oldid=7415674"
LOVE.AZ