. Love.az

Nigeriya Vetendas Muharibesi - Wikipedia - Love.az

Ana Səhifə - Nigeriya Vetendas Muharibesi

Nigeriyada vətəndaş müharibəsi (ing. Nigerian Civil War); bəzən Biafranın istiqlal müharibəsi (ing. Biafran War of Independence) və Biafra-Nigeriya müharibəsi (ing. Nigerian-Biafran War) — millətlərarası ziddiyyətlər və Biafra Respublikasının yaradılmasını elan edən ölkənin şərq əyalətlərini ayırmaq cəhdi nəticəsində yaranan silahlı münaqişə. 1967-ci ilin iyulundan 1970-ci ilin yanvarına qədər davam edən döyüşlər nəticəsində federal Nigeriya hökuməti üsyançıların ələ keçirdikləri ərazilərə nəzarəti bərpa edə bildi. Nigeriya vətəndaş müharibəsi Vyetnam müharibəsi ilə birlikdə 1960-cı illərin ən ölümcül münaqişəsi hesab olunur. Müxtəlif mənbələr bu vətəndaş müharibəsində 700 mindən 3 milyon nəfər qədər insanın, əsasən də müharibə cinayətləri, aclıq və xəstəliklərin qurbanı olan biafralının öldüyünü təxmin edir.

Nigeriya vətəndaş müharibəsi
Yeri
  • Nigeriya
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nigeriya_vətəndaş_müharibəsi&oldid=7657419"
LOVE.AZ