Nikola Deyanoviç (serb. Никола Дејановић; 21 fevral 1969, Osiek[d]) — Serbiya hərbi xadimi, Serbiya Silahlı Qüvvələrinin briqada generalı, 2022–2024-cü illərdə Serbiya Qvardiyasının komandanı. O, keçmişdə Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyalarının iştirakçısı olmuşdur.[1]
Nikola Deyanoviç | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1969(1969-02-21) (56 yaş) |
Doğum yeri |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | briqada generalı |
Nikola Deyanoviç 21 fevral 1969-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının Osiek şəhərində anadan olmuşdur. O, 1992-ci ildə Yuqoslaviya Quru Qoşunları Hərbi Akademiyasını (piyada fakültəsi) bitirmişdir. Deyanoviç 2006-cı ildə komanda-qərargah heyətinin ixtisasartırma kurslarını, 2010-cu ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını və 2020-ci ildə Təhlükəsizlik və Müdafiə üzrə Ali Kursları başa vurmuşdur.[2]
1992-ci ildən Yuqoslaviya və Serbiya ordularında xidmət etmişdir. Yuqoslaviya Federativ Respublikası, sonradan isə Serbiya və Monteneqro Silahlı Qüvvələrinin hərbçisi kimi 72-ci xüsusi briqadada (briqadanın ləğvindən əvvəl) kəşfiyyat-diversiya batalyonunda xidmət etmişdir. Briqadada kəşfiyyat-diversiya batalyonunun diversiya bölüyünün taqım komandiri, kəşfiyyat-diversiya batalyonunun kəşfiyyat-diversiya bölüyünün komandiri, kəşfiyyat-diversiya batalyonunun komandir müavini, kəşfiyyat-diversiya batalyonunun komandiri vəzifələrini tutmuşdur.[2]
Deyanoviç 2006-cı ildə Xüsusi Briqadanın yaradılmasından sonra bu briqadanın tərkibində xidmətini davam etdirərək əməliyyat-təlim şöbəsinin rəisi, informasiya-kəşfiyyat fəaliyyəti şöbəsinin rəisi, əməliyyatlar üzrə komandir köməkçisi vəzifələrini icra etmişdir.[2]
Deyanoviçin Serbiya Silahlı Qüvvələrində tutduğu digər vəzifələrə 4-cü briqadanın qərargah rəisi, Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatınən sülhməramlı missiyasının Serbiya kontingentinin komandiri, Sülhməramlı əməliyyatlar Mərkəzinin rəis müavini, Təlim Komandanlığında Banat briqadasının inkişafına rəhbərlik edən komandir,[2] Zrenyanin qarnizonunun komandiri (2018-ci ildən),[3] Təlim Komandanlığının qərargah rəisi (2019-cu ildən),[4] Təlim Komandanlığının rəis müavini aiddir.[2]
Deyanoviç 20 yanvar 2021-ci ildə briqada generalı rütbəsinə yüksəldilmişdir.[4] O, 25 fevral 2022-ci ildə Serbiya Qvardiyasının komandiri təyin edilmişdir.[5] Deyanoviç 4aprel 2024-cü ildə Serbiya Qvardiyasının komandiri vəzifəsində polkovnik Jelko Furunciç tərəfindən əvəz edilmişdir.[6]
Nikola Deyanoviç aşağıdakı orden və medallarla təltif edilmişdir:[2]
Podporuçik | Leytenant | Kapitan | Baş kapitan | Mayor | Polkovnik-leytenant | Polkovnik | Briqada generalı |
---|---|---|---|---|---|---|---|
1992 | 1993 | 1996 | 1999 | 2003 | 2007 | 2011 | 2021 |