. Love.az

Nikolay Andreyev Fizik - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Andreyev Fizik
Bu adın digər istifadə formaları üçün bax: Nikolay Andreyev.

Nikolay Andreyev (16 (28) iyul 1880 – 31 dekabr 1970, Moskva) – rus fiziki, Rusiyada akustikanın banisi.

Nikolay Andreyev
Nikolay Nikolayeviç Andreyev
Doğum tarixi 28 iyul 1880
Doğum yeri Poltava qub-nın Kurmanı k.di
Vəfat tarixi 31 dekabr 1970 (90 yaşında)
Vəfat yeri Rusiya, Moskva
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Atası Nikolayeviç
Elm sahəsi fizika
Elmi dərəcəsi akademik
İş yerləri
  • Sankt-Peterburq Politexnik Universiteti,
  • Lebedev Fizika İnstitutu[d]
Təhsili Moskva, Höttingen un-tləri və Bazel Un-ti (1909).
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası,
  • Polşa Elmlər Akademiyası[d]
Mükafatları Sosialist Əməyi Qəhrəmanı (1970), 3 dəfə Lenin ordeni

Fəaliyyəti

redaktə

SSRİ EA akademiki (1953). Sosialist Əməyi Qəhrəmanı (1970). Moskva Ali Texniki məktəbində, Moskva və Höttingen Universitetlərin də oxumuş, Bazel Universitetini bitirmişdir (1909). 1940-cı ildən SSRİ EA Fizika İnstitutunda, 1954-cü ildən isə SSRİ EA Akustika İnstitutunda işləmişdir. Əsərləri rəqslər nəzəriyyəsinə, fiziki və texniki akustikaya aiddir. Hərəkətdə olan mühitdə səsin yayılma nəzəriyyəsini ilk dəfə Andreyev vermişdir. Andreyev pyezoelektrik, telefon nəzəriyyəsi və musiqi akustikası sahəsində mühüm tədqiqatlar aparmışdır. 3 dəfə Lenin ordeni ilə təltif edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 492. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Andreyev_(fizik)&oldid=8115651"
LOVE.AZ