Nikolay Petroviç Lixaçyov (12 (24) aprel 1862 və ya 24 aprel 1862[1], Çistopol, Kazan quberniyası[2] – 14 aprel 1936[2][3][…], Leninqrad[2])—rus tarixçisi.
Nikolay Lixaçyov | |
---|---|
Nikolay Petroviç Lixaçyov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Çistopol |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Leninqrad, SSRİ |
Dəfn yeri |
|
Elm sahəsi | tarix |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
Nikolay Petroviç Lixaçyov 12 aprel 1862-ci ildə Kazan quberniyasının Çistopol şəhərində zadəgan ailəsində anadan olmuşdu. Əvvəlcə Kazan gimnaziyasını, sonra Kazan universitetini bitirmişdi. 1884-cü ildə təhsilini tamamlayandan sonda doğma universitetində müəllim kimi saxlanılmışdı. Rus tarixi kafedrasında çalışmış, Adaşevlər soyunu tədqiq etmişdi.
Nikolay Lixaçyov 1892-ci ildən Sankt-Peterburq Arxeoloji institututunda işləməyə başlamışdı. Onun səyilə burda Diplomatiya kafedrası yaradılmışdı.1894-cü ildən Arxeoqrafik komissiyanın üzvü olmuşdu. 1902–1914-cü illərdə İmperator ümumi kitabxanasının direktor müavini vəzifəsində çalışmışdı. Onun bu vəzifədə çalışdığı dönəmdə biblioqrafik işlər dərinləşmişdi.
Nikolay Lixaçyov 14 aprel 1936-cı ildə Leninqrad şəhərində vəfat edib.