. Love.az

Nilufer Rehmani - Wikipedia - Love.az

Ana Səhifə - Nilufer Rehmani

Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu.[1]

Nilufər Rəhmani
Şəxsi məlumatlar
Doğum tarixi 1992
Doğum yeri
  • Əfqanıstan
Vətəndaşlığı
  •  Əfqanıstan
Hərbi fəaliyyəti
Xidmət illəri 2012-ci ildən
Rütbəsi kapitan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nilufər Rəhmani (14 may 2013)
Nilufər Rəhmani (14 may 2013)
Digər pilotlarla birlikdə (14 may 2013)

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib.[1] 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub.[1] Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib.[1] Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.[1]

Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub.[1] Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır.[1]

Mükafatları

redaktə
  • ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing. International Women of Courage Award) layiq görülüb.[2]
  • Almaniyanın "Bild" qəzeti tərəfindən 2015-ci ildə dünyanın ən gözəl və ən cəsur qadın pilotunu seçilib.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine publika.az, 15.04.2015  (az.)
  2. ↑ "Biographies of 2015 Award Winners". State.gov. 2015-01-23. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.

Xarici keçidlər

redaktə
  Vikianbarda Nilufər Rəhmani ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nilufər_Rəhmani&oldid=7407018"
LOVE.AZ