. Love.az

Nizami Kinoteatr - Wikipedia - Love.az

Ana Səhifə - Nizami Kinoteatr
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (yanvar 2025)
Bu məqalə Bakı şəhərində yerləşən kinoteatr haqqındadır. Sumqayıtdakı üçün Nizami (kinoteatr, Sumqayıt) səhifəsinə baxın.

"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti.

Nizami kinoteatrı
Nizami Kino Mərkəzi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı, Bülbül prospekti 20
Arxitektura stili konstruktivizm
Memarları Sadıq Dadaşov
Mikayıl Hüseynov
Tikilmə tarixi 1934
Sayt Rəsmi sayt
Nizami kinoteatrı Vikianbarda

Mündəricat

  • 1 Tarixi
  • 2 Yeni fəaliyyət dövrü
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

1934-cü ildə istifadəyə verilib.

Yeni fəaliyyət dövrü

redaktə

Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir.[1]

Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır.

Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.[1]

2024-cü ildən Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyevdir.

Qalereya

redaktə
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Arxivlənmiş surət". 2011-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-24.

Xarici keçidlər

redaktə
  • nizamicinema.az — rəsmi saytı
  • Tarixi və müasir - Nizami Kino Mərkəzi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nizami_(kinoteatr)&oldid=8061493"
LOVE.AZ