Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi.
Nizami Əkbərov | |
---|---|
Nizami Əlisahib oğlu Əkbərov | |
![]() | |
Doğum tarixi | (64 yaş) |
Doğum yeri | Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Əlisahib |
Anası | Xavər |
Elm sahəsi | kimya |
Elmi adı | dosent |
İş yerləri | ADPU-nun Kimya fakültəsinin, “Üzvi kimya və kimya texnologiyası” kafedrası |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsi |
Üzvlüyü | YAP |
Mükafatları |
Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960-cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki "Pioner" qəzetində çıxan "Gənc riyaziyyatçılar klubu"nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən "Azərbaycan gəncləri" qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb. 1980-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində[1], 1981-ci ildə M. Qorki adına Xarkov Dövlət Universitetində, 1982-ci ildə Tartu Dövlət Universitetində və M. Əzizbəyov adına Azərbaycan Neft və Sənaye Universitetində keçirilən tələbə elmi konfranslarında iştirak edib, diplomlarla təltif olunmuşdur. Universiteti qurtarandan sonra 1982-ci ildə təyinatla AzərbaycanMilli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna göndərilib. Nizami Əkbərov hazırda ADPU-nun Analitik və üzvi kimya kafedrasında tam, LDU-nun Kimya və fizika kafedrasında isə 0,5 ştatla dosent vəzifəsində çalışır. YAP-ın üzvüdür.
Ailəlidir: iki qızı, bir oğlu var.
Nizami Əkbərov 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası institutunun aspiranturasında təhsilini davam etdirmiş və əvvəlcə, institutun 1 saylı laboratoriyasında "İşlənmiş yağların yenidən bərpası" mövzusunda elmi-tədqiqatlar aparmış və coxlu ədəbiyyat məlumatları əldə etmişdir. 1984-cü ildə o, "üzvi kimya" ixtisası üzrə aspiranturaya girərək yeni bir mövzu: "Kiçik heterotsiklli kükürdüzvi birləşmələrin funksionaləvəzli nümunələrinin sintezi və tətbiqi" mövzusu üzərində elmi araşdırmalara başlamışdır. Bu məqsədlə tiiran və tietanların coxlu sayda müxtəlif funksionaləvəzli törəmələrini sintez edərək, onların sürtkü yağlarına coxfunksiyalı — yeyilmə, siyrilmə, sürtünmə, oksidləşmə və mikrob əleyhinə aşqar kimi tədqiqini, həmçinin, sintez olunmuş birləşmələrin quruluşu ilə onların sürtkü yağlarının istismar keyfiyyətlərinə təsir effektliliyi arasındakı korrelyasiyanı öyrənmişdir. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək 02.00.03 – üzvi kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. N. Ə. Əkbərov 1990–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda əvvəlcə mühəndis, elmi işçi, 1993–1996-cı illərdə doktorantura, 1996–2006-cı illərdə isə böyük elmi işçi vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur. N. Ə. Əkbərov 2006–2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Üzvi kimya və kimya texnologiyası"kafedrasında baş müəllim vəzifəsinə qəbul edilmişdir. O , 2009-cu ildən həmin kafedrada dosent vəzifəsində çalışır. Onun apardığı elmi araşdirmalar vaxtaşırı Moskva, Sant-Peterburq, Riqa və Bakı şəhərlərində çap olunan müxtəlif kimya jurnallarında dərc olunmuş, bir cox respublika və beynəlxalq təyinatlı elmi konfranslarda məruzə edilmişdir. Hazırda sürtkü yağları üçün daha effektli aşqarlar sintez etmək məqsədilə bu sahədəki elmi tədqiqatların əhatə dairəsi bir az da genişləndirilərək, sintez olunan birləşmələrin bir aşqar kimi təsir mexanizmi öyrənilir və araşdırmalar davam etdirilir. N. Ə. Əkbərov "Kiçik heterotsiklli kükürdüzvi birləşmələrin bəzi funksionaləvəzli törəmələrinin sintezi, xassələri və tətbiqi" mövzusu üzrə elmi fəaliyyətdədir. 9 müəlliflik şəhadətnaməsi, 3 patent və 41 kitab, 12 Proqram, 77 məqalə, 40 Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak, 32 Respublika elmi konfrans materiallarının tezisləri olmaqla cəmi 214 əsəri çap olunmuşdur.
Nizami Əkbərov 1981-ci ildən tələbə hazırlığı ilə məşğul olmuşdur və bu sahədə xeyli praktik təcrübə (35 il) əldə etmişdir, hazirladığı abituriyentlərdən 1000-dən çoxu ali məktəblərə, xüsusilə, Azərbaycan Dövlət Tibb Universitetinə yüksək balla daxil olmuşlar. Nizami müəllim 1993-cü ildə "Maarif" nəşriyyatının 10 000 tirajla çap etdiyi ilk "Kimyadan testlər" kitabının birinci müəllifidir. 1993-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir. Test tapşırıqlarının hazırlanmasında yaxından iştirak edir. Kimya fənni üzrə ekspert şurasının üzvüdür. 1999-cu ildə keçmişTQDK-nın IX və XI siniflər üçün buraxdığı "Kimya" (suallar və test tapşırıqları), 2003-cü ildə isə çap olunmuş (bu kitab hər il azərbaycan və rus dillərində təkrar nəşr edilir) IX siniflər üçün "Kimya" (suallar və test tapşırıqları) dərs vəsaitlərinin müəllifidir. O, 3 dəfə DİM-nin bunkerində (2 dəfə abiturientlərin, 1 dəfə isə magistrlərin imtahanında) olmuşdur. 2006-cı ildən bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir, hazırda "Üzvi kimya və kimya texnologiyası" kafedrasının dosentidir. 214 elmi əsərin, o cümlədən, 11 müəlliflik şəhadətnaməsi, 3 patent və 41 kitabın (32 dərs vəsaitləri və 9 metodik vəsaitlər) müəllifidir. Nizami müəllim ADPU-nun "Üzvi kimya və kimya texnologiyası"kafedrasında: "Üzvi kimya", "Neft-kimyəvi sintez", "Üzvi sintez", "Üzvi kimyanın nəzəri əsasları", "Dərinləşmiş üzvi kimya", "Elementüzvi birləşmələr" və "Konformasiya analizi" fənnlərinin tədrisi ilə məşğul olmuşdur. 2000–2003-cü illərdə TQDK-nın dərc etdiyi "Abituriyent" jurnalında abituriyentlərə və orta məktəb müəllimlərinə kömək məqsədilə "Oksidləşmə reduksiya reaksiyaları", "Reaksiyaların istilik effekti", "Duzların hidrolizi", "Qatı nitrat və sulfat turşularının xassələri", "Valentlik və oksidləşmə dərəcəsi" məqalələri çap edilmişdir. Nizami müəllim pedaqoji fəaliyyətlə məşğul olaraq, bir çox proqramlar, metodik vəsaitlər və dərs vəsaitləri çap etdirmişdir:
a)Proqramlar:12
b) Metodik vəsaitlər:9
(Thomson Reuters, SCOPUS, ACM, IEEE, DBLP, EBSCO, Google Scholar, INSPEC, The British Library və s.) indeksləşən jurnal və konfrans materiallarında çap olunan məqalələrin sayı