Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Ağayev Nizami Adil oğlu (12 iyun 1936, Kirovabad – 21 yanvar 2022, Bakı) — torpaqşünas-aqrokimyaçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor.
Nizami Ağayev | |
---|---|
Nizami Adil oğlu Ağayev | |
Doğum tarixi | 12 iyun 1936(1936-06-12) |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 2022(2022-01-21) (85 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | kənd təsərrüfatı |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili |
12 iyun 1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük və meyvəçilik fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakıda Torpaq Eroziyası stansiyasında qısa müddət işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, kiçik elmi işçi, aspirant, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir.
Bir neçə müsabiqələrin qalibi kimi pul və fəxri fərmanlarla mükafatlandırılmışdır.
Rəhbərliyi altında 6 nəfər elmlər namizədi yetişdirmişdir. Əmək veteranıdır. 200-dən artıq elmi əsərin, 9 müəlliflik şəhadətnaməsinin, 5 səmərəli təklifin, 4 tədris fənləri üzrə proqramların, müxtəlif təsdiq edilmiş elmi hesabatların və 2 monoqrafiyanın müəllifidir.
— Torpaqların meliorasiyası, su çatışmazlığı və ətraf mühitin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpağqoruyucu əkinçilik metodlarının tətbiqi ilə kənd təsərrüfatı biktilərinin məhsuldarlığının artırılması, dağ əkinçilik rayounlarında suvarmanın inkişaf etdirilməsi, torpaqların mühafizəsi, onları eroziyadan və səhralaşmadan qorunması, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su eytiyyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.