. Love.az

Nizami Behmenov - Wikipedia - Love.az

Ana Səhifə - Nizami Behmenov

Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, DQMV – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı.

Nizami Bəhmənov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1948(1948-04-04)
Doğum yeri
  • Şuşa, Şuşa rayonu[d], DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 sentyabr 2008(2008-09-13) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti siyasətçi
Dini İslam

Təltifləri "Şöhrət" ordeni

Həyatı

redaktə

Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır.

1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub.

Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib.

Mənbə

redaktə
  • "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999
  • "Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri Nizami Bəhmənov vəfat edib Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nizami_Bəhmənov&oldid=7921442"
LOVE.AZ