8 Noyabr prospekti — Azərbaycanın Bakı şəhərinin ən böyük küçələrindən biri[1][2], şəhərin mərkəzini şəhərin Xətai rayonu ilə birləşdirir[3]. Əvvəlki adı Nobel prospekti[1][2], onda da qabaq Fəhlə prospekti olmuşdu[4][5][6].
8 Noyabr prospekti | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Xətai rayonu |
Uzunluğu | 10 km[1][2]. |
metro | Şah İsmayıl Xətai, Ağ Şəhər |
8 Noyabr prospekti Bakı şəhərinin Xətai rayonunda ərazisində yerləşir[7][8]. Bu prospekt Xətai rayonunun ən uzun küçəsidir[7][8], Bakı şəhərinin isə ən böyük küçələrindən biridir[1][2][9]. Prospektin uzunluğu 10 km təşkil edir[1][2]. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür[7][8] və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ətrafında Zığ şossesinə keçir[9].
Küçə iki istiqamətlidir[7][8], 8 zolaqlıdır[10].
8 Noyabr prospektinin Xətai metro stansiyası arasında təqribən 1 km-ə yaxın məsafə var[11]. Hal hazırda bu prospekt boyunca bir neçə metro stansiyasının inşası nəzərdə tutulur[12]. Şərti adları "Ağ şəhər", "Azərneftyağ zavodu", "Nargilə kafesi", "Həzi Aslanov - 2" olan gələcək metro stansiyalarının tikintisi bu prospektin boyu istiqamətində nəzərdə tutulur[13].
“Hərbi Qənimətlər parkı”[14], Zəfər parkı 8 Noyabr Prospekti tərəfdə yerləşirlər[15][16][17][18][19]
Prospekt Sovet vaxtı Fəhlə prospekti kimi tanınırdı[3]. O dövrdə prospektin ərazisində çoxlu zavodlar fəaliyyət göstərirdi; sonradan isə ərazidə abadlıq işləri aparılmışdı, və zavodlar köçürülmüşdü.[7][8]
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, küçə Nobel prospekti adlandırılmışdı. Bu ad XIX-cu əsrin sonunda Azərbaycanın neft sənayesinin qurulmasında iştirak etmiş isveçli Nobel qardaşlarının şərəfinə idi.[3]
Küçə əvvəllər 6 zolaqlı idi[7][8], hal hazırda 8 zolaqlıdır[10][20][21].
Əvvəllər, küçənin uzunluğu 6,5 km idi[7][8][22], və bu küçə Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçirdi[7][8], yəni yolun sonu “Nargilə dairəsi” adlanan ərazidə bitirdi[23].
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin şərəfinə 8 noyabr tarixi[3] 3 dekabr 2020-ci il tarixində[24] Zəfər günü elan edilmişdi[3]. Zəfər gününün şərəfinə[3] 12 aprel 2021-ci il tarixində prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.[1][2][25] Prospekt genişləndirilmiş[1][2], Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsi də bu prospektə qatılmışdı[9]. Bununla[9] da bu prospektin uzunluğu 10 km təşkil etdi, və bu prospekt Bakının ən böyük prospektlərindən biri oldu[1][2].