. Love.az

Norvec Kronu - Wikipedia - Love.az

Ana Səhifə - Norvec Kronu

Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre).

Norveç kronu
Kod və simvol
ISO 4217 kodu NOK
Simvol kr, kr, kr
Dövriyyə ərazisi
Emitent ölkə
  •  Norveç
Tarixi
Dövriyyəyə buraxılma 1875
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əskinaz və metal pullar
  • 3 1994–2006-ci illər əskinazların nümunəsi
  • 4 Mənbə

Tarixi

redaktə

İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb.

14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır.

Əskinaz və metal pullar

redaktə

Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır. 20 oktyabr 2002-ci il tarixinə xarici valyuta nisbəti 1 USD = 17,7768 NOK.

1994–2006-ci illər əskinazların nümunəsi

redaktə
1994–2006-ci illər seriyası
Təsvir Nominal Ölçüsü (mm) Əsas rəngi Buraxılış ili
Üz hissəsi Arxa təsviri
   
50 kron
128 x 60 mm
zümrüd-yaşıl
1996–2005
   
100 kron
136 x 65 mm
şabalıdı-bənövşəyi
1995,1997–1999, 2003–2004, 2006
   
200 kron
144 x 70 mm
göy
1994–2000, 2002–2006
   
500 kron
152 x 75 mm
şabalıdı
1999–2005
   
1000 kron
160 x 80 mm
göy, sarı
2001–2004

Mənbə

redaktə
  • Norveç kronunun ABŞ dollarına nisbəti
  • Norveş metal pulları (kataloq və qalereya)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Norveç_kronu&oldid=6995650"
LOVE.AZ