. Love.az

Novruzeli Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Novruzeli Memmedov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Novruzəli Xanməmməd oğlu Məmmədov (10 mart 1942, Ərçivan, Astara rayonu – 17 avqust 2009, Bakı) — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor.

Novruzəli Məmmədov
Novruzəli Xanməd oğlu Məmmədov
Doğum tarixi 10 mart 1942(1942-03-10)
Doğum yeri
  • Ərçivan, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 avqust 2009(2009-08-17) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi küt travma[d]
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Elmi adı
  • professor[d]

Mündəricat

  • 1 Fəaliyyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Fəaliyyatı

redaktə

Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir.

1989–1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən "Tolışi sədo" qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dilləri üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir.

Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub.

24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi.

17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə vəfat etmişdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Novruzəli_Məmmədov&oldid=8123022"
LOVE.AZ