. Love.az

Nusirevan Meherremov - Wikipedia - Love.az

Ana Səhifə - Nusirevan Meherremov

Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.

Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmli
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
22 yanvar 2003 – 20 sentyabr 2024
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1960 (64 yaş)
Doğum yeri Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ
Təhsili Moskva Dövlət Universiteti

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20152015

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2015-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib[1].

Evlidir. Üç övladı var.

Həmçinin bax

redaktə
  • Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.

Xarici keçidlər

redaktə
  • Rəhbərlik
  • Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nuşirəvan_Məhərrəmli&oldid=7783210"
LOVE.AZ