. Love.az

Nureddin Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Nureddin Rzayev

Rzayev Nurəddin Məmmədbağır oğlu (26 iyun 1929, Gədəbəy – 16 oktyabr 2011) — görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru (1965), professor, Azərbaycan SSR Əməkdar elm xadimi.[1][2]

Nurəddin Rzayev
Doğum tarixi 26 iyun 1929(1929-06-26)
Doğum yeri
  • Gədəbəy, Azərbaycan
Vəfat tarixi 16 oktyabr 2011(2011-10-16) (82 yaşında)
Elmi dərəcəsi tibb elmləri doktoru (1965)
Elmi adı professor
Mükafatları SSRİ Dövlət mükafatı
nureddin.internet.az

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Akademik fəaliyyəti
  • 4 İctimai fəaliyyəti
  • 5 Üzv olduğu cəmiyyətlər
  • 6 Vəfatı
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

Nurəddin Rzayev 1929-cu il iyun ayının 26-da Gədəbəydə həkim ailəsində anadan olmuşdur. 1945-ci ildə Gədəbəy şəhər orta məktəbinin ilk qızıl medalına layiq görülmüş və elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır.[1]

Əmək fəaliyyəti

redaktə

Nurəddin Rzayev ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir.[1]1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun elmi katibi, az sonra elmi işlər üzrə direktor müavini, 1963-cü ildə direktor əvəzi və 1964-cü ildən 1994-cü ilədək institutun direktoru vəzifəsində işləmişdir.[2]

Nurəddin Rzayev 1994-cü ildə Xəzər Universitetində Cərrahiyyə departamentinin müdiri, 1995-ci ildə universitetin prorektoru, 1996-cı ildə Azərbaycan Universitetində "Şərq-Qərb" elmi mərkəzinin professoru, 1999-cu ildən Avrasiya Universitetində Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. 1996-cı ildən Azərbaycan Tibb Universitetində professor-konsultant kimi çalışmışdır.[1]

Akademik fəaliyyəti

redaktə

Nurəddin Rzayev 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, professor adı almışdır. 300-dək elmi məqalənin müəllifi olan əməkdar elm xadiminin rəhbərliyi ilə 40-dək elmlər doktoru və elmlər namizədi hazırlanmışdır.[1][2]

İctimai fəaliyyəti

redaktə

1966-cı ildə professor N. M. Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964–1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973–1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur. Nurəddin Rzayev ABŞ, Rusiya Federasiyası, İngiltərə, Türkiyə, İran İR, Ukrayna, Belarus, Özbəkistan, Türkmənistan, Latviya, Polşa, Moldova, Ermənistan, Gürcüstan və s. respublikalarda keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak və çıxış etmişdir.[1]

Üzv olduğu cəmiyyətlər

redaktə

Nurəddin Rzayev 1983-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildən Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən Nyu York EA-nın həqiqi üzvü olmuşdur.[1]

Vəfatı

redaktə

16 oktyabr 2011-ci ildə vəfat edib.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 www.anl.az https://www.anl.az/down/meqale/tezadlar/2012/oktyabr/269213.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2025-03-11.
  2. ↑ 1 2 3 "Professor Nürəddin Rzayev Məmmədbağır oğlu". Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (rus). 2024-07-16. İstifadə tarixi: 2025-03-12.

Xarici keçidlər

redaktə
  • Doktor Nurəddin Rzayev
  • Yadigarlar - Nurəddin Rzayev | 28.10.2023
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nurəddin_Rzayev&oldid=8066823"
LOVE.AZ